Staffan de Mistura: ‘‘Qutanın şәrqindә atәşkәs rejimi elan olunub’’

Birlәşmiş Millәtlәr Tәşkilatının Suriya üzrә xüsusi nümayәndәsi Staffan de Mistura  Qutanın şәrqindә atәşkәs rejiminin elan edildiyini bildirib.

857136
Staffan de Mistura: ‘‘Qutanın şәrqindә atәşkәs rejimi elan olunub’’

Staffan de Mistura Suriya müxalifәtinin formalaşdırdığı  Müzakirә Ali Komitәsi ilә Nasir Haririnin sәdrlik etdiyi nümayәndә heyәtinin  tәxminәn bir saat davam edәn görüş keçirdiyini deyib.

Görüşdәn sonra mәtbuata açıqlama verәn Staffan de Mistura BMT-nin 5 daimi üzvü olan ABŞ, Çin, İngiltәrә, Fransa vә Rusiyanın nümayәndәlәri ilә bir araya gәldiyini  bildirib.

Staffan de Mistura  Bәşәr Əsəd rejiminin intensiv hücumlarına mәruz qalan Şərqi  Quta ilə əlaqədar sualı belә cavablandırıb: "5 daimi ölkə ilə keçirdiyim görüşdə Rusiya Qutanın şәrqindә atәşkәs rejiminin tәtbiq olunmasını təklif etdiklərini  rejimin də bunu qəbul etdiyini deyib. Bu mәsәlә bizi olduqca narahat edir. İndi bunun reallaşıb reallaşmayacağını görəcəyik".



Әlaqәli Xәbәrlәr