Livanın Baş naziri Hariri: Hizbullahın gücü İranın təmin etdiyi silahlarla əlaqəlidir

Livanın Baş naziri Saad Hariri Hizbullahın ölkəni idarə etmək mövzusunda qabiliyyətinin olmadığını, gücünü İranın təmin etdiyi silahlardan aldığını söyləyib.

855380
Livanın Baş naziri Hariri: Hizbullahın gücü İranın təmin etdiyi silahlarla əlaqəlidir

Livanın Baş naziri Saad Hariri Hizbullahın ölkəni idarə etmək mövzusunda qabiliyyətinin olmadığını, gücünü İranın təmin etdiyi silahlardan aldığını söyləyib.

Hariri bunu Səudiyyə Ərəbistanıda dərc olunan jurnala verdiyi müsahibəsində deyib. O bildirib ki, İranın dəstəklədiyi Hizbullah təşkilatının silahları ilə əlaqəli həll yolu axtarmaq regional məsələdir və Livan bu məsələyə dair hər hansı addım atmayacaqdır. İran Hizbullah vasitəsilə Livanda sabitliyi pozur. Hizbullahın ölkəni idarə etmək mövzusunda gücü yoxdur. Onun gücü İranın təmin etdiyi silahlardan gəlir.

İran prezidenti  Həsən Ruhaninin Livanda İranın əli olmadan qərar qəbul edilə bilməyəcəyi barədəki açıqlamalarına reaksiya göstərən Harari “Ruhani bizim Livanda qəbul edəcəyimiz qərarlara müdaxilə edə, qərarlarımızı istiqamətləndirə bilməz.” deyib.

Səudiyyə Ərəbistanının İran və Hizbullaha yönəldilmiş sərt bəyanatlarını başa düşdüyünü və haqq qazandırdığını bildirən Hariri vurğulayıb ki, xüsusilə Hizbullah bölgənin və körfəzin sabitliyini pozarkən buna qarşı tədbir görmək bu ölkənin haqqıdır.

Suriyada davam edən mühabirəyə də toxunan Hariri bildirib ki, Rusiyanın Suriyaya müdaxilə qərarı qəbul etməsinin Əsədin devrilməsilə əlaqəsi yoxdur. İran Suriyada uğursuz olduqda ruslardan müdaxilə etməsini istədi.

Qeyd edək ki, Misirin paytaxtı Qahirədə noyabrın 19-da keçirilən Ərəb Birliyi Xarici İşlər Nazirlərinin növbədən kənar yığıncağının yekun bəyannaməsində Hizbillah “terrorçu təşkilatlanma” olaraq elan edilmiş, Livan isə qərara etirazını bildirmişdi.



Әlaqәli Xәbәrlәr