Danimarkada 40 Türk mənşəli namizəd seçkilərdə qalib gəldi

Danımarkada noyabrın 21-də keçirilən yerli seçkilərdə 101 Türk mənşəli namizəddən 40-ı seçildi.

853959
Danimarkada 40 Türk mənşəli namizəd seçkilərdə qalib gəldi

Danımarkada noyabrın 21-də keçirilən yerli seçkilərdə 101 Türk mənşəli namizəddən 40-ı seçildi.

Seçkilərin nəticələri medyada yayıldı və Türk mənşəli namizədlərin aldığı səslərin sayı məlum oldu.

Paytaxt Kopenhagenin 20 kilometr qərbindəki İshoj şəhərində  5 Türk mənşəli namizəddən 5-i seçkilərdən qələbə ilə çıxdı.

9 Türk mənşəli namizədin iştirak etdiyi Höje-Taastrupda isə yalnız bir nəfər seçilə bildi.

 Aarhusda Liberal Partiyadan (Venstre) bələdiyyə sədrliyinə namizədliyini verən Bünyamin Şimşək 5 min 742 səslə ən çox səs qazanan Türk mənşəli namizəd oldu.

Yerli seçkilərdə bölgə liderliyinə namizəd olan 9 nəfərin vəziyyəti hələ müəyyən deyil.

Ölkənin 5 bölgəsinin 3-dəki seçkilərdə iştirak edən Türk mənşəli namizədlərin vəziyyəti səslərin sayımından sonra bəlli olacaq.

 



Әlaqәli Xәbәrlәr