ABŞ Arakandakı zülmə ilk dəfə “etnik təmizləmə” dedi

15 noyabrda Myanmaya etdiri səfər və keçirdiyi görüşlərdən sonra yazılı bəyanat verən R.Tillerson bildirib...

853129
ABŞ Arakandakı zülmə ilk dəfə “etnik təmizləmə” dedi

  ABŞ Dövlət katibi Reks Tillerson Arakan müsəlmanlarının məruz qaldığı zorakılığı ilk dəfə "etnik təmizləmə" adlandırdı.

  15 noyabrda Myanmaya etdiri səfər və keçirdiyi görüşlərdən sonra yazılı bəyanat verən R.Tillerson bildirib: “Bu insanı böhranı bir etnik təmizləmədir, təcili sona çatmalıdır. Myanma ordusu əsgərlərinin 25 avqust hücumunu bir daha qınayırıq. Heç bir təxribat indiyə qədər baş verən dəhşətli zülm qədər deyil. Myanma ordusu və təhlükəsizlik qüvvələrinin qanun pozuntuları nəhəng ağrıya - yüz minlərlə qadın, uşaq və kişinin evlərini tərk edərək Banqladeşə sığınmasına səbəb olub... Məsuliyyət daşıyanların məhkəmə qarşısına çıxarılması üçün ABŞ əlindən gələni edəcək... Artıq Arakanda zorakılığa səbəb olan Myanma təhlükəsizlik qüvvələri mənsubları üçün sanksiyalar hazırlayırıq... Arakanda baş verən etnik təmizləmə planlı və mütəşəkkil şəkildə davam edib.”

  Xatırladaq ki, ABŞ Dövlət katibindən əvvəl Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali komissarı Zeyd Raad Hüseyn sentyabrın 11-də Cenevrədə etdiyi çıxışında Myanma ordusunun Arakandakı hərbi əməliyyatlarını "tam bir etnik təmizlik nümunəsi" deyə təsvir etmişdi.

 Qeyd edək ki, Myanma ordusunun silahlı hərbiçilərlə mübarizə adı altında Arakan vətəndaşlara etdiyi hücumlarda 25 avqustdan bu yana minlərlə müsəlman həyatını itirib və ölkəsindən didərgin düşüb. Etnik təmizləmə hücumlarında 300-ə yaxın kənd məhv edilib, 600 mindən çox arakanlı müsəlman çay və dəniz üzərindən Banqladeşə keçib.  



Әlaqәli Xәbәrlәr