Saad Hariri Beyruta qayıtdı

Noyabrın əvvəlində Səudiyyə Ərəbistanında istefasını elan edən Livanın Baş naziri Saad Hariri 17 gündə sonra Beyruta qayıtdı.

852610
Saad Hariri Beyruta qayıtdı

Noyabrın əvvəlində Səudiyyə Ərəbistanında istefasını elan edən Livanın Baş naziri Saad Hariri 17 gündə sonra Beyruta qayıtdı. 

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşdən sonra Kıbrıs Rum tərəfinə baş çəkən və Qahirədə keçirilən mətbuat konfransında çıxış edən Hariri Beyrutda respublikanın müstəqillik günü ilə bağlı bayram tədbirlərində iştirak edəcəyini bildirib.

Hariri suiqəsd nəticəsində öldürülən atası, keçmiş baş nazirlərdən Refik Haririnin Beyrutdakı qəbirinə baş çəkib, sonra isə iqamətgahına gedib.

Haririnin istefa ərizəsini Livan Prezidenti Mişel Auna Baabda sarayında rəsmən təqdim edəcəyi gözlənilir. Livanlı ekspertin fikrincə, dövlət başçısı ona yeni koalisiya hökumətinə başçılıq etməyi tapşıra bilər.

Noyabrın 12-də Hariri “Əl-Mustaqbal” telekanalına müsahibəsində istefa barədə qərarını “Livanın maraqlarını qorumaq” cəhdi ilə izah etmişdi. Eyni zamanda bildirmişdi ki, “Livan hökuməti tərəfindən elan olunan neytrallıq və regional münaqişələrdən uzaq durmaq prinsipləri dəqiq yerinə yetirilsə” istefasından imtina etməyə hazırdır.



Әlaqәli Xәbәrlәr