Ərəb Birliyi xarici işlər nazirləri Qahirədə növbədən kənar yığıncaq keçirdi

Ərəb Birliyi xarici işlər nazirləri Səudiyyə Ərəbistanının dəvətilə  “İranın bölgədəki müdaxilələrini” müzakirə etmək üzrə Qahirədə növbədən kənar yığıncaq keçirdi.

850633
Ərəb Birliyi xarici işlər nazirləri Qahirədə növbədən kənar yığıncaq keçirdi

Ərəb Birliyi xarici işlər nazirləri Səudiyyə Ərəbistanının dəvətilə  “İranın bölgədəki müdaxilələrini” müzakirə etmək üzrə Qahirədə növbədən kənar yığıncaq keçirdi.

Yığıncaqda nazirlər İranı Husiləri silahla təmin etməkdə günahlandıraraq, rəsmi Tehranı bölgədəki müdaxilələrini dayandırmaq üçün birgə Ərəb mövqeyi ortaya qoymağa çağırdı.

Ərəb Birliyi Liqasının Baş katibi Əhməd Əbu Geyt yığıncağın açılış iclasında çıxış edərək deyib ki, bölgənin şiddət və məzhəbçilikdən xilas edilməsi İranın Ərəb dünyasına istiqamətli mövqeyini dəyişməsindən asılıdır.

Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil əl-Cubeyr isə Husilarin 2016-cı ilin oktyabr və cari ilin noyabr ayında Məkkəyə yönəldilmiş rüket hücumunu xatırladıb.

Cibutinin Xarici İşlər naziri Mahmud Əli Yusif də İrandan Ərəb ölkələrinin daxili işlərinə müdaxiləsinə son qoymasını istəyərək, son zamanlarda artan İran müdaxilələri üçün təcili və təsirli həllə ehtiyac olduğunu vurğulayıb.

Misirin Xarici İşlər naziri Samih Şukri də ölkəsinin bölgənin təhlükəsizliyi və sabitliyinin dəstəklənməsi məsələsinə sədaqətini vurğulayaraq, “Körfəz ölkələrinin təhlükəsizliyi”nin qırmızı xətt olduğunu deyib.

Bəhreynin Xarici İşlər naziri Halid bin Əhməd Al Xəlifə də Livana çağırış edərək bildirib ki, Livan Hizbullahın hücumları ilə İraq, Suriya, Yəmən və Bəhreyn kimi qonşu ölkələrdəki aktlara görə məsuliyyəti öz üzərinə götürməlidir.



Әlaqәli Xәbәrlәr