ABŞ Polşaya “Patriot” müdafiə sistemi satışını təsdiq etdi

ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən yazılı məlumatda bildirilir.

850325
ABŞ Polşaya “Patriot” müdafiə sistemi satışını təsdiq etdi

 Amerika Birləşmiş Ştatları Polşaya “Patriot” hava və raket əleyhinə müdafiə sistemi satışını təsdiq edib.

  ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən yazılı məlumata görə, "ABŞ Dövlət Katibliyi Polşaya “Patriot” 3 konfiqurasiyasına malik Birləşmiş Hava və Raket Müdafiə Hərbi Komandanlıq Sistemi ilə modernləşdirilmiş sensor və komponentlər üçün 10 milyard 500 milyon dollarlıq hərbi satışa razılıq verib. Sözü gedən müdafiə sistemi paketinə 4 AN/MQP-65 radar səddi, 4 kilidlənmə nəzarət sistemi, 16 M903 atma stansiyası və 208 İrəli Qabiliyyət Patriot-3 (PAC-3) raketi daxildir və bu satışın təsdiq olunması Polşanın hava müdafiə qabiliyyətinə mühüm çeviklik verəcək”.



Әlaqәli Xәbәrlәr