Kamboca rəqibi ana müxalifət partiyasını ləğv etdi

Hakim partiyanın üzvü olan hakim 118 müxalifət üzvünə də 5 il siyasət yasağı gətirib.

849065
Kamboca rəqibi ana müxalifət partiyasını ləğv etdi

  Kamboca Ali Məhkəməsi ölkənin Baş naziri Hun Senin müraciətilə açılan məhkəmə işi üzrə ana müxalifət partiyasını ləğv etdi.

  Hakim partiyanın üzvü olan hakim 118 müxalifət üzvünə də 5 il siyasət yasağı gətirib.

  Xatırladaq ki, müxalifətin Kamboca Milli Qurtuluş Partiyasının (CNRP) sədri Kem Sokha sentyabrda həbs olunmuş və Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq edərək hökuməti devirməyi planlaşdırmaqda günahlandırılmış, o isə bu iddiaları rədd etmişdi.

  Qeyd edək ki, CNRP hakimiyyətdəki Kamboca Xalq Partiyasının ən böyük rəqibi sayılırdı. Partiyanın 2013-cü il seçkilərindən sonra gücü daha da artmış, 2018-ci il parlament seçkiləri əvvəli yerli seçkilərdə daha çox səs toplaya bilmişdi.

  Hun Sen 30 ildən çoxdur ki, Kambocada hakimiyyətdədir.



Әlaqәli Xәbәrlәr