ABŞ Rusiyanı rəqib deyil, düşmən kimi gördüyünü göstərdi

Bunu Rusiyanın baş naziri Dmitriy Medvedev söylədi.

847642
ABŞ Rusiyanı rəqib deyil, düşmən kimi gördüyünü göstərdi

     Rusiyanın baş naziri Dmitriy Medvedev  Rusiya - Amerika Birləşmiş Ştatları əlaqələrindən danışdı.

Medvedev Rusiyanın Amerika Birləşmiş Ştatları ilə  əlaqələrinin son illərin ən aşağı səviyyəsində olduğunu bildirdi.

Baş nazir:"ABŞ  sanksiyalar tətbiq edərək, Rusiyanı rəqib  deyil, düşmən kimi gördüyünü göstərdi. ABŞ-ın yeni sanksiyalarına qarşı Moskva rəhbərliyi də yeni məhdudiyyətlərə hazırdır" dedi.
 
Medvedev Cənub- Şərqi Asiya Ölkələri Birliyinin (ASEAN) 50-ci ildönümü münasibətilə verilən ziyafətdən sonra ABŞ prezidenti Donald Trump ilə danışdığını da qeyd etdi.
 
 Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu da  ABŞ-ın faktiki olaraq terror təşkilatı DEAŞ-ın üstünü örtdüyünü bildirərək: "ABŞ Yaxın Şərqdə terrorizmlə mübarizə edirmiş kimi davranır" demişdi.



Әlaqәli Xәbәrlәr