"Arakan müsəlman qız və qadınlarına qarşı cinsi zorakılıq törədilir", P.Patten

Birləşmiş Millətlər Təşkilatının Qarşıdurma Bölgələrində Cinsi Zorakılıq Hadisələri üzrə xüsusi nümayəndəsi Pramila Patten Arakan müsəalmanlarının birdən çox əsgər tərəfindən təcavüz və cinsi zorakılığa məruz qaldığını bildirib.

846828
"Arakan müsəlman qız və qadınlarına qarşı cinsi zorakılıq törədilir", P.Patten

  Mətbuat konfransında danışan P.Patten deyib: “Bir qadın Myanma ordusu tərəfindən əsir saxlanıldığı 45 gün ərzində dəfələrlə təcavüzə məruz qalıb. Qadınların bədənlərindəki yara izləri və qançırlar məruz qaldıqları işgəncə dəlilləridir. Sadə insanlara qarşı cinsi zorakılıq tətbiq edən, əmr verən və ya bu vəziyyətə göz yuman, kim olursa-olsun, tutulmalıdır. Bu mövzuda Banqladeşin səy və mərhəmətini təqdir edirik. Böhrana diqqət çəkmək üçün məzlumların səsini eşitdirmək və onlarla beynəlxalq cəmiyyət arasında körpü qurmağa çalışan Banqladeşə daim kömək etməyə hazırıq. Arakan məzlumları tək olmadıqlarını bilsinlər... Əlimizdəki faktlar etnik mənşə və dinləri sistematik olaraq hədəfə alınan Arakan müsəlman qız və qadınlarına qarşı cinsi zorakılıq, o cümlədən, bir çox başqa vəhşilik törədildiyini göstərir. Bu zülm Myanma ordusu tərəfindən əmr edilir, əsgər, sərhəd polisləri, fanatik bütpərəstlər və bəzi etnik qruplar tərəfindən törədilir. Camaat qarşısında zorla çılpaq qoyma, alçaltma, hərbi əsarət altında cinsi köləlik də cinsi zorakılığın müxtəlif formalarıdır. Müxtəlif mənbələr bu qadınların zülmlə öldürüldüyünü də göstərir. Onlar məruz qaldıqları və şahid olduqları dəhşəti danışarkən göz yaşlarını saxlaya bilmirlər.”

  Bu sözləri - Arakan müsəlman qadınlarının başına gətirilən bu hadisələri Birləşmiş Millətlər Təşkilatının Qarşıdurma Bölgələrində Cinsi Zorakılıq Hadisələri üzrə xüsusi nümayəndəsi Pramila Patten mətbuat konfransında söyləyib.



Әlaqәli Xәbәrlәr