Livanın Baş naziri istefa etdi

S.Hariri Səudiyyə Ərəbistanının paytaxtı Riyadda televiziya kanalının canlı yayımında istefa verdiyini açıqlayıb.

840720
Livanın Baş naziri istefa etdi

  Livanın Baş naziri Saad Hariri televiziyadan istefa etdiyini bildirib.

  S.Hariri Səudiyyə Ərəbistanının paytaxtı Riyadda televiziya kanalının canlı yayımında istefa verdiyini açıqlayıb: "Livan Baş naziri vəzifəmdən istefamı açıqlayıram.”

  S.Hariri çıxışında onu da deyib ki: “İran və Hizbullah ərəb ölkələrinin daxili işlərinə qarışaraq bölgə stabilliyi pozur. “Livanın hazırkı siyasi atmosferi atam Rəfiq Haririnin sui-qəsdə məruz qalmasından əvvəlki dövrə bənzəyir. Amma Livan böyük bir ölkədir, hüquqla tənzimlənir və ordu tərəfindən qorunur. İnanıram ki, Livan daxili və xarici güclərdən gələn siyasi təzyiqlərin öhdəsindən gələcək. Mənimlə işləyən və mənə güvənən hər kəsə təşəkkür edirəm".  

  Qeyd edək ki, Saad Hariri noyabrın 3-də Livanın paytaxtı Beyrutdakı Hökumət Sarayında İranın Ayətullahı Əli Xameneyinin Baş müşaviri Əli Əkbər Vilayəti ilə görüşmüş, sonra Səudiyyə Ərəbistanının paytaxtı Riyada getmişdi. Son bir həftə ərzində ikinci dəfə Riyada getməsi ölkədə narahatlıq yaratmışdı.



Әlaqәli Xәbәrlәr