Ayətullah Əli Xamenei Putinə ABŞ-a qarşı əməkdaşlıq etməyi təklif etdi

İranın dini lideri Ayətullah Əli Xamenei Rusiya prezidenti Vladimir Putinə Amerika Birləşmiş Ştatlarına qarşı əməkdaşlıq etməyi təklif etdi.

839754
Ayətullah Əli Xamenei Putinə ABŞ-a qarşı əməkdaşlıq etməyi təklif etdi

İranın dini lideri Ayətullah Əli Xamenei  paytaxt Tehranda  Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdən bir gün sonra televiziya vasitəsilə xalqa müraciət etdi.
 
 Xamenei müraciətində ABŞ-ın İran xalqının bir nömrəli düşməni olduğunu bildirdi, ölkəsinin Washingtonun 2015-ci ildə imzalanan nüvə müqaviləsinə dair təzyiqinə boyun əyməyəcəyini qeyd etdi.
 
 İranın dini lideri Rusiya prezidenti Putinə də çağırış edərək:"Bizim əməkdaşlığımız nəticəsində ABŞ tək qala bilər" dedi.
 
 Qeyd edək ki, Xamenei ABŞ-ı təcrid etmək və Yaxın Şərqdə sabitliyə nail olmaq üçün iki ölkənin əməkdaşlıq etməli olduğunu iddia edir.



Әlaqәli Xәbәrlәr