Nato Baş katibi Koreyanın cənubundan şimalına nota göndərdi

Cənubi Koreyaya səfərdə olan Y.Stoltenberq mətbuat konfransında çıxışında deyib ki...

839412
Nato Baş katibi Koreyanın cənubundan şimalına nota göndərdi

  NATO Baş katibi Yens Stoltenberq ittifaqın hər hansı yerdən gələcək balistik raket hücumlarına qarşı hazırlıqlı olduğunu bildirib.

  Cənubi Koreyaya səfərdə olan Y.Stoltenberq mətbuat konfransında çıxışında deyib: “Hər bir hücuma mane ola və qarşılıq verə biləcəyik. NATO hər hansı yerdən gələcək balistik raket hücumlarına qarşı hazırlıqlıdır… Şimali Koreya balistik raketlə Şimali Amerika və Avropanı vura biləcəyini deyir. NATO Şimali Koreyaya qarşı diplomatik, iqtisadi və siyasi sanksiyaları davam etdirməkdədir.”  

    NATO Baş katibi Yens Stoltenberq və Cənubi Koreya Xarici İşlər naziri Kanq Kyunq-Vha yeni tərəfdaşlıq proqramı imzalanıb.



Әlaqәli Xәbәrlәr