Sergey Lavrov "Suriya Xalqları Konqresi"ndən danışdı

Rusiya xarici işlər naziri Sergey Lavrov "Suriya Xalqları Kongresi"ndə iştiraklarının məqsədinin Suriya böhranının həllində daha fəal şəkildə iştirak etmək olduğunu bildirdi.

838151
Sergey Lavrov "Suriya Xalqları Konqresi"ndən danışdı

Rusiya xarici işlər naziri Sergey Lavrov  paytaxt Moskvada jurnalistlərin suallarını cavablandıraraq noyabr ayının ortalarında keçirilməsi planlaşdırılan "Suriya Xalqları Konqresi" ilə bağlı şərhlər verdi.
 
Xarici işlər naziri "Suriya Xalqları Kongresi"ndə iştiraklarının məqsədinin Suriya böhranının həllində daha fəal şəkildə iştirak etmək olduğunu bildirərək: "Birləşmiş Millətlər Təşkilatının 2254 saylı qərarına görə, hökumətlə yanaşı  bütün müxalifət qanadları müzakirələrdə iştirak etməlidir. Böhranın həllinə fərqli etnik qrupların da cəlb olunması veriləcək qərarların legitimliyini artıracaqdır" dedi.
 
 Rusiya mediasında yayılan xəbərlərə görə, "Suriya Xalqları Konqresi" noyabr ayının ortalarında Rusiyanın Soçi şəhərində, və ya Rusiyanın Suriyadakı hava hücumlarının idarə olunduğu Lazkiye rayonunda yerləşən Hımeymim Bazasında keçirilə bilər.



Әlaqәli Xәbәrlәr