Nyu-Yorkda törәdilәn hücum nәticәsindә ölənlərin sayı 8 nəfərə çatıb

Nyu-Yorkda sürücünün yük maşınını piyadaların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, 12 nәfәr dә yaralanıb.

838137
Nyu-Yorkda  törәdilәn hücum nәticәsindә ölənlərin sayı 8 nəfərə çatıb

Nyu-Yorkda sürücünün yük maşınını piyadaların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, 12 nәfәr dә yaralanıb.

Bunu Nyu-York  meri Bill de Blazio mətbuat konfransında deyib.

Polisin rəsmi məlumatına görə, təcavüzkar  bir saatlıq icarə götürdüyü yük maşını ilə velosipedçilər üçün ayrılmış zolağın hərəkət hissəsinə çıxıb və qarşısına çıxan hər kəsi vurub. Şübhəli şəxs saxlanılıb.

Kütlәvi informasiya vasitәlәri (KİV)  saxlanılan şəxsin  Özbəkistan vətəndaşı Sayfullo Saipov olduğunu yazır.



Әlaqәli Xәbәrlәr