"Toqoda nə olsa, bizə təsir edir, Qanada da nə olsa, onlara", Ş.A.Botçvey

Yüzlərlə toqolu Toqo prezidenti Fore Qnassinqbenin (Faure Gnassingben) istefası tələbilə müxtəlif plakatlar açıb, şüarlar atıblar.

837343
"Toqoda nə olsa, bizə təsir edir, Qanada da nə olsa, onlara", Ş.A.Botçvey

  Qərbi Afrika ölkəsi Qananın paytaxtı Akranın Kavukudi meydanında müxalif Toqo vətəndaşları icazəsiz mitinq təşkil edib, 26 nəfər nəzarətə alınıb.

  Aksiyaya qatılan yüzlərlə toqolu Toqo prezidenti Fore Qnassinqbenin (Faure Gnassingben) istefası tələbilə müxtəlif plakatlar açıb, şüarlar atıblar.

  Toqoda təxminən 10 ildir davam edən siyasi böhran müxalifət üzvlərinin Qanaya qaçmasına səbəb olub.

  Məsələ ilə bağlı açıqlama verən Qana Xarici İşlər naziri Şirli Ayorkor Botçvey (Shirley Ayorkor Botchway) Qana hökumətinin Toqoda yaşanan siyasi böhranı izlədiyini və bunun sona çatması üçün rəsmi şəxslərlə görüşlər keçirildiyini bildirərək deyib: “Toqolu rəsmilərlə görüşlər davam edir. Biz qonşuyuq: Toqoda nə olsa, bizə təsir edir, Qanada nə olsa, onlara."

  Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (ECOWAS) liderlərinin də Toqo hadisələri təqib etdiklərini vurğulayan Ş.A.Botçvey: "Qana və Toqonun bir-birinə etibarlı olmasına cavabdehik. İki ölkə arasında heç bir neqativ hadisə yoxdur, olmamalıdır", - deyib.



Әlaqәli Xәbәrlәr