Almaniya, Avstriya, Polşa və Çexiyada şiddətli fırtına insanların ölümünə səbəb oldu

Fırtına su daşqınlarına səbəb olub, qatar səfərləri təxirə salınıb, futbol qarşılaşmaları ləğv edilib, elektriklər kəsilib.

836962
Almaniya, Avstriya, Polşa və Çexiyada şiddətli fırtına insanların ölümünə səbəb oldu

  Almaniya, Avstriya, Polşa və Çexiyada şiddətli fırtına 5 nəfərin ölümünə səbəb olub.

  Çexiyada küləyin sürəti saatda 180 kilometrə çatıb, qatar səfərləri dayandırılıb, çaylardakı suyun səviyyəsi qalxıb.

  Polşanın bir çox bölgəsində elektrik kəsintisi yaşanıb və 100 minlərlə insan evelektriksiz qalıb.

  Bir təbii qaz kompleksində boru xəttində meydana gələn zədə üzündən ətraf mühitə kiçik miqyaslı sızıntı olub.

  Avstriyada xizək idman növü üzrə dünya çempionatının açılış proqramı ləğv edilib.

  Almaniyanın Hamburq şəhərində fırtına su daşqınlarına səbəb olub, bir nəfər seldə boğulub. Dəmir yolları və ölkənin şimalına səfərlər təxirə salınıb. Bremen, Hamburq, Drezden və Leipziq qatar səfərləri dayandırılıb. Drezdendeki futbol qarşılaşmaları da fırtına üzündən ləğv edilib.



Әlaqәli Xәbәrlәr