Kataloniya  birtǝrǝfli  olaraq müstǝqilliyini elan etdi

İspaniyanın tərkibindəki Kataloniya muxtar vilayəti müstəqilliyini elan etdi.

835767
Kataloniya  birtǝrǝfli  olaraq müstǝqilliyini elan etdi

Kataloniya parlamentinə təqdim edilmiş müstəqilliyin elanı təklifi səsverməyə çıxarılıb və müstəqilliyin elan edilməsi üçün səs verilib. Kataloniya prezidenti Karles Puiqdemont xanımı ilə birlikdə səsvermə zamanı parlamentdə olub.

Səslərin sayılması yeni yekunlaşıb və parlament üzvlərinin böyük əksəriyyəti "Hə" cavabını verib. Müstəqilliyə 70 nəfər "Hə", 10 nəfər "Yox" cavabını verib, 2 nəfər isə tərəfsiz qalıb. 

Parlamentdə himn səsləndirilib və Barselona küçələrində insanlar müstəqilliyi qeyd etməyə başlayıblar. 



Әlaqәli Xәbәrlәr