"Şimali Koreya ilə vəziyyəti gərginləşdirən Trampdır", C.Brennan

Amerikanın NBC kanalında yayımlanan "Today Show" proqramında qonaq olan C.Brennan ABŞ-ın Şimali Koreya siyasətini tənqid edib:

830829
"Şimali Koreya ilə vəziyyəti gərginləşdirən Trampdır", C.Brennan

  Amerika Birləşmiş Ştatları Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan ABŞ prezidenti Donald Trampın Şimali Koreya ilə bağlı çıxışlarının bu ölkəylə olan böhranı artırdığını deyib.

  Amerikanın NBC kanalında yayımlanan "Today Show" proqramında qonaq olan C.Brennan ABŞ-ın Şimali Koreya siyasətini tənqid edib:

  “Şimali Koreya gərginliyinin artmasında, xüsusilə, Trampın improvizasiyalarının rolu var. Rəsmi Vaşinqton və cənab Trampın gündəlik “Twitter” paylaşmalarından gələn sərt və davakar şərhlər gərginliyin artmasına zəmin hazırladı.

  Tramp ortaya "güclü şəxsiyyət" imici qoymağa çalışsa da, kifayət qədər beynəlxalq əlaqə təcrübəsinə malik olmadığı üçün səhvlər edir. Ümid edirəm ki, Xarici İşlər naziri Reks Tillerson pərdə arxasında bu məsələlərə dair apardığı səylərinə davam edir.  

  Bunu da qeyd edim ki, ABŞ-la Şimali Koreya arasında hərbi qarşıdurma çıxma ehtimalı 20 faiz ya olar, ya olmaz.

  Xatırladaq ki, ABŞ prezidenti D.Trump ötən ay Nyu-Yorkda keçirilən 72-ci BMT Baş Assambleyası sessiyasındakı çıxışında Şimali Koreya nüvə proqramını davam etdirərsə, bu ölkəyə qarşı lazımi bütün addımları atmağa hazır olduğunu demişdi: "Raket adam (Şimali Koreya lideri) həm özü, həm də rejimi üçün intihar hazırlayır. Əgər ABŞ özünü və müttəfiqlərini müdafiə etmək məcburiyyətində qalarsa, Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimi qalmayacaq. ABŞ buna hazırdır, istəklidir və edər. Ancaq buna ehtiyac qalmamasını ümid edirəm".  

  Üstəlik ABŞ tərəfindən hazırlanan və Şimali Koreya rəhbərliyinə yeni iqtisadi sanksiyalar tətbiq olunmasını ehtiva edən qətnamə Birləşmiş Millətlər Təhlükəsizlik Şurasında qəbul olunub.



Әlaqәli Xәbәrlәr