"Aİ Türkiyə və Rusiya ilə daha yaxşı əlaqə saxlamalıdır",G.Şröder

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Avropa İttifaqının Türkiyə və Rusiya ilə daha yaxşı əlaqə saxlamasının vacibliyini dilə gətirib.

828749

Şröder əks təqdirdə bu iki ölkənin Çinə üz tutma ehtimalının olduğunu irəli sürüb.

Türkiyə və Rusiya ilə əməkdaşlıq olmadan Şərqi Avropada sabitliyin mümkün olmayacağını dilə gətirən Şröder deyib ki, Rusiya və Türkiyənin Avropadan kənarda da səçimləri olduğunu nəzərdə tutmalıyıq, bu ölkələr üzünü Asiyaya da tutular bilər.

Mönchengladbachda iş adamlarına müricet edən Şröder Aİ-nin Rusiya və Türkiyənin Çinə üz tutmasının qarşısının alınmasının vacibliyini dilə gətirib: “Buna görə Rusiya və Türkiyə ilə güclü əlaqələrə ehtiyacımız var. Bunun üçün də daha çox güvən lazımdır.

Keçmiş Sosial Demokratdan siyasi xadim Şröder Aİ-nin Rusiyanın ən böyük neft istehsalçı firması "Rosneft"ə istiqamətli sanksiyalarını da tənqid edib.

Әlaqәli Xәbәrlәr