Məscidə hücum 20 nəfəri ölümünə səbəb oldu

Orta Afrika respublikasında Banqassou şəhərindən gələn bir qrup silahlı ölkənin cənub-şərqindəki Kembe şəhərindəki məscidə hücum edərək təxminən 20 nəfəri öldürüb.

827042
Məscidə hücum 20 nəfəri ölümünə səbəb oldu

  Paytaxt Banqi (Banguide) müsəlmanların yaşadığı məhəllədə baş verən hadisəylə əlaqədar ölkədə bir günlük yas elan edib.

  Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, dünyada insan vəziyyətinin ən pis olduğu ölkələrdən biri Orta Afrika respublikasıdır. Burada hər iki adamdan biri yaşamaq üçün yardım təşkilatına möhtacdır.

 Qeyd edək ki, Orta Afrika respublikasında 2012-ci ildə Seleka silahlı qrupunun hakimiyyətə qarşı qiyamından sonra ölkədə siyasi böhran baş vermiş, xristian Anti-Balaka ilə müsəlman Seleka silahlı qrupları arasında çıxan toqquşmalarda minlərlə adam həyatını itirmişdi. 2016-cı il prezident seçkisindən sonra siyasi böhran sona çatsa da, ölkədə hələ də şiddətli qarşıdurmalar olur.



Әlaqәli Xәbәrlәr