Pakistanda canlı bomba hücumu: 12 nəfər həlak oldu

Pakistanın cənub-qərbindəki Belucistan əyalətində bir türbədə baş verən partlayışda ilkin məlumatlara görə, biri polis olmaqla, 12 nəfər həlak oldu.

821240
Pakistanda canlı bomba hücumu: 12 nəfər həlak oldu

 Pakistanın cənub-qərbindəki Belucistan əyalətinin Cal Magsi bölgəsindəki Fatihpur Türbəsində canlı bomba hücumu törədildi. 

Hücumda biri polis olmaqla, 12 nəfər həlak oldu.

Hücum zamanı türbədə çox insan olduğu üçün yaralıların sayı da çoxdur.

 Səlahiyyətli şəxslər təcavüzkarın türbəyə girməyə çalışdığını, lakin qapıda təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığını və partlayışın o an baş verdiyini bildirirlər.

Hadisə yerinə gələn təcili tibb maşınları yaralıları xəstəxanalara çatdırdılar.

Türkiyə Pakistanda törədilən terror hücumunu qınadı.

Xarici İşlər Nazirliyinin hücumla əlaqədar yaydığı bəyanatında:" Pakistanın Belucistan əyalətindəki məbəddə törədilən terror hücumu nəticəsində həlak olanların və yaralıların olduğunu böyük kədərlə öyrəndik" deyilir.

 

 



Әlaqәli Xәbәrlәr