Cavad Zәrif Qәtәrә rәsmi sәfәr edib

Cavad Zәrif sәfәri çәrçivәsindә Qәtәr Әmiri Şeyx Tәmim bin Hәmad Әl Sani  ilә paytaxt Dohada görüşüb.

819639
Cavad Zәrif Qәtәrә rәsmi sәfәr edib

İranın xarici işlәr naziri Cәvad Zәrif rәsmi sәfәrlә  Qәtәrә  gedib.

Cavad Zәrif sәfәri çәrçivәsindә Qәtәr Әmiri Şeyx Tәmim bin Hәmad Әl Sani  ilә paytaxt Dohada görüşüb.

Tәrәflәr görüş zamanı ikitәrәfli münasibәtlәr vә regional mövzuları müzakirә ediblәr.

Qeyd edәk ki,  Cavad Zәrif  Körfәz böhranı başladıqdan sonra bu ölkәyә sәfәr edәn әn yüksәk sәviyyәli İranlı rәsmidir.

Xatırladaq ki,  Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn iyunun 5-dә Qətər ilə diplomatik əlaqələrini kəsdiyini bәyan atmişdi.

Səudiyyə Ərəbistanının 2016-cı ilin yanvar ayında İranla әlaqәlәrini kәsdiyini bәyan etmәsindәn sonra Qәtәr  Tehrandakı sәfirini geri çağırsa da, avqust ayında İranla münasibәrlәrin normallaşdığını vә sәfirin Tehrana geri qayıtdığını açıqlamışdı.



Әlaqәli Xәbәrlәr