Fizika sahəsində Nobel mükafatçılarının adları elan edildi

ABŞ alimləri Rayner Vays, Barri Bariş və Kip Torn fizika sahəsi üzrə Nobel mükafatına layiq görüdülər.

819435
Fizika sahəsində Nobel mükafatçılarının adları elan edildi

ABŞ alimləri Rayner Vays, Barri Bariş və Kip Torn fizika sahəsi üzrə Nobel mükafatına layiq görüdülər.

 Elm xadimləri kosmik mənşəli qravitasiya dalğasını müəyyən ediblər.

Bu ideyanı ilk dəfə 1916-cı ildə Albert Eynşteyn irəli sürüb.

Qeyd edək ki, bu il tibb və fiziologiya sahəsində Nobel mükafatı Cefferi Holl, Maykl Rosbaş və Maykl Yanqa verildi. Onların üçü də ABŞ-da anadan olub və yerli universitetlərdə işləyir. Onlar insan orqanizmində “molekulyar saat mexanizminin dövriyyəsi"ni kəşf etdikləri üçün bu mükafata layiq görüldülər.

Oktyabrın 4-də kimya, oktyabrın 9-da isə iqtisadiyyat sahələrində laureatların adları elan ediləcək. Nobel Sülh Mükafatına layiq görüləcək şəxsin adı isə oktyabrın 6-da elan açıqlanacaq. 



Әlaqәli Xәbәrlәr