Nobel tibb mükafatına 3 amerikalı layiq görüldü

İsveçdə tibb sahəsi üzrə Nobel mükafatının qalibləri elan edildi.

818503
Nobel tibb mükafatına 3 amerikalı layiq görüldü

İsveçdə tibb sahəsi üzrə Nobel mükafatının qalibləri elan edildi. 2017-ci il üzrə bu mükafata amerikalı Cefri Hol, Maykl Rosbaş və Maykl Yanq layiq görüldülər.

Qeyd edək ki, onların üçü də ABŞ-da anadan olub və yerli universitetlərdə işləyir.

Onlar insan orqanizmində “molekulyar saat mexanizminin dövriyyəsi"ni kəşf etdikləri üçün bu mükafata layiq görülüblər. Elm adamlarına dekabrın 10-da təkil ediləcək mərasimdə diplom və qızıl medal da veriləcək.

Xatırladaq ki,oktyabrın 3-də fizika, oktyabrın 4-də isə kimya sahələrində laureatların adları açıqlanacaq. Nobel Sülh Mükafatına layiq görüləcək şəxsin adı oktyabrın 6-da elan olunacaq. Oktyabrın 9-da isə iqtisadiyyat sahəsində Nobel mükafatını qazanan alimin adı bilinəcək



Әlaqәli Xәbәrlәr