2 milyon 20 min 144 nəfər İspaniyadan ayrılmaq qərarı verib

İspaniyanın Kataloniya bölgəsində keçirilən referendumda müstəqillik tərəfdarları qalib gəlib.

818054
2 milyon 20 min 144 nəfər İspaniyadan ayrılmaq qərarı verib

Kataloniya hökumətinin rəsmi nümayəndəsi Jordi Turul Barselonada keçirdiyi mətbuat konfransında: “Səsvermədə iştirak edənlərin 90%-i müstəqilliyin lehinə səs verib. 2 milyon 20 min 144 nəfər İspaniyadan ayrılmaq qərarı verdi. Demək olar ki bu, referendumun yekun nəticələridir.

Seçici fəalliğı ilə bağlı dəqiq məlumat hələ ki, məlum deyil.

Qeyd edək ki, ötən gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilib. İspaniya hökuməti referendumu qeyri-qanuni hesab edib, polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün tədbirlər görüb. Kataloniya hökumətinin verdiyi məlumata görə, polislə toqquşmalarda 844 nəfər xəsarət alıb. İspaniya Daxili işlər nazirliyi toqquşmalar zamanı 33 asayiş keşikçisinin yaralandığını bildirib.

 



Әlaqәli Xәbәrlәr