ABŞ kimyəvi silahların məhvi ilə bağlı öhdəliyini yerinə yetirmir

Bunu Rusiya prezidenti Vladimir Putin Udmurtiya Muxtar Respublikasında Rusiyanın əlində olan son kimyəvi silah cəbxanasının məhv ediləcəyi ilə bağlı çıxışında bildirdi.

815639
ABŞ kimyəvi silahların məhvi ilə bağlı öhdəliyini yerinə yetirmir

Rusiya prezidenti Vladimir Putin Udmurtiya Muxtar Respublikasında Rusiyanın əlində olan son kimyəvi silah cəbxanasının məhv ediləcəyi ilə bağlı çıxış etdi.

Rusiyanın dövlət başçısı çıxışında:" ABŞ Rusiyanın əksinə olaraq, kimyəvi slahları məhv etmə məsələsində müəyyən olunan tarixlərə uyğun hərəkət etmir. Büdcədən  vəsait ayrılmamasını bəhanə edərək, bu prosesi üç dəfə təxirə saldılar" dedi.

Putin Rusiyanın ABŞ və digər ölkələrin beynəlxalq müqavilələrdə kimyəvi silahların məhvi ilə bağlı üzərlərinə götürdükləri öhdəliklərini yerinə yetirmələrini gözlədiyini qeyd etdi, öz ölkəsində kimyəvi silahların bütünlüklə məhv edilməsini tarixi hadisə olaraq səciyyələndirdi.

 

 



Әlaqәli Xәbәrlәr