“Biz yoxsulluqla, Pakistan isə bizimlə savaşır" deyən kimi aləm bir-birinə dəydi

Birləşmiş Millətlər Təşkilatının 72-ci Baş Assambleyasının 5-ci günü Hindistan Xarici İşlər naziri Suşma Svarayın çıxışı etiraza səbəb oldu.

812963
“Biz yoxsulluqla, Pakistan isə bizimlə savaşır" deyən kimi aləm bir-birinə dəydi

  Hindistan Xarici İşlər naziri Suşma Svaray ölkəsinin əsas gündəminin yoxsulluqla mücadilə olduğunu deyib.  

  Birləşmiş Millətlər Təşkilatının 72-ci Baş Assambleyasının 5-ci günü çıxış edən S.Svaray deyib: “Yoxsulluğa qarşı mübarizədən nəticə almaq üçün iki yol var: biri ənənəvi yol olan yüksək səviyyədə yardım və ələ-ələ vermə, digəri isə iqtisadiyyatı gücləndirməkdir. Baş nazirimiz Narendra Rejimi ikincisini seçdi. Bununçün kiçik iş yeri açmaq istəyənlərə artıq bank kreditləri verilir. Kasıb və orta təbəqə gənclərini islə təmin etmək üçün onlara peşə təlimləri imkanı yaradılır.”

  Hindistan Xarici İşlər naziri “Amma biz yoxsulluqla, Pakistan isə bizimlə savaşır" deyərkən çıxışları BMT binası qarşısındakı parkda izləyən izdiham etiraz səsləri ucaltdı, Hindistan ordusunun Kəşmirdə törətdiyi qətliam və məsum vətəndaşlara verdiyi işgəncələri xatırlatdı.



Әlaqәli Xәbәrlәr