İrlandiya Brexitlə bağlı İngiltərədən düstur tələb edir

“The İndependent” qəzeti üçün "BMG Research" ictimai araşdırma şirkəti 12-15 sentyabr tarixləri arasında anket-sorğu təşkil edib.

812494
İrlandiya Brexitlə bağlı İngiltərədən düstur tələb edir

 Böyük Britaniyada ictimai rəy sorğusu nəticəsində iştirakçıların 52 faizi Avropa İttifaqının üzvü olaraq qalmaq istədiyini bildirib. 

  “The İndependent” qəzeti üçün "BMG Research" ictimai araşdırma şirkəti 12-15 sentyabr tarixləri arasında anket-sorğu təşkil edib. 1447 adamın qatıldığı sorğu keçən il Avropa İttifaqından çıxmaqla bağlı olan referandumun nəticəsi ilə tərs-mütənasib olub. Ötən ilin 23 iyun tarixində keçirilmiş referendumda insanların 52 faizi Brexit üçün səs vermişdi. Bir neçə ay əvvəl keçirilən sorğuda isə 52 faiz İngiltərənin Avropa İttifaqından ayrılmamasını istəyir.

  İttifaqa üzv ölkələrin ayrılmasını nəzərdə tutan Lissabon müqaviləsinin 50-ci maddəsinə əsasən mart ayından rəsmən Brexit müddətini başlayan İngiltərə 2019-cu ilin mart ayına qədər birlikdən tamamilə ayrılmış olacaq. Amma Brexit strategiyası ilə bağlı daxili müzakirələr davam edir, hökumətdə müxtəlif fikirlər var. Bir qisim ayrılma üçün zamanın qısa olduğunu bildirir. Ölkənin Xarici İşlər naziri Boris Conson onlara cavab olaraq ötən həftə bir qəzetdə çıxan yazısında hökumətdə Brexitlə bağlı Avropa İttifaqı ilə keçid prosesinə qarşı çıxıb və “İttifaqa ödənəcək pulu ölkənin səhiyyə sisteminə köçürmək daha məntiqlidir” deyib.

  Brexitdən sonra Uels, Şotlandiya və Şimali İrlandiyadan ibarət Birləşmiş Britaniyanın Avropa İttifaqı ilə tək quru sərhədi İrlandiya - Şimali İrlandiyadır ki, müzakirələrin tıxandığı bir digər mövzu da budur. Avropa İttifaqı və İrlandiya sərhəd və sərbəst ticarətə təsir etməyəcək bir düstur tapılmasını tələb etsə də, İngiltərə hökuməti bu mövzuda hələ konkret bir təklif edə bilmir.   



Әlaqәli Xәbәrlәr