"Bu hücumlar davam etməkdə olan soyqırımdır", E.Makron

Birləşmiş Millətlər Təşkilatının 72-ci Sammiti üçün Nyu-Yorkda olan E.Makron Fransanın oradakı TMC televiziya kanalına müsahibə verərək Myanmada Arakan müsəlmanlara qarşı törədilən etnik təmizliyə də münasibət bildirib.

811296
"Bu hücumlar davam etməkdə olan soyqırımdır", E.Makron

  Fransa prezidenti Emmanuel Makron Myanmanın Arakan bölgəsindəki müsəlmanlara edilən hücumları "davam etməkdə olan soyqırım" adlandırıb.  

  Birləşmiş Millətlər Təşkilatının 72-ci Sammiti üçün Nyu-Yorkda olan E.Makron Fransanın oradakı TMC televiziya kanalına müsahibə verərək Myanmada Arakan müsəlmanlara qarşı törədilən etnik təmizliyə də münasibət bildirərək bu məsələdə hərəkətə keçilməsi lazım olduğunu söyləyib.

  Zorakılığın sona çatdırılması üçün çağırış edilməsi və bölgəyə humanitar yardımın çatdırılmasının tələb edilməsi lazım olduğuna diqqəti çəkən Makron məsələnin BMT çərçivəsində müzakirə olunmasının əhəmiyyətini vurğulayıb, “Fransa BMT Təhlükəsizlik Şurasındakı tərəfdaşları ilə BMT-nin davam etməkdə olan soyqırım və etnik təmizləmə qınamasında təşəbbüskar olacaq", - deyib.

  Makron BMT Baş Məclisində çıxışı zamanı da (20.09.2017) Arakan müsəlmanlara qarşı qətliamları "etnik təmizləmə" kimi dəyərləndirmişdi.

  Xatırladaq ki, Myanmada Arakan müsəlmanlarına qarşı hücumlar nəticəsində minlərlə adamın ölmüş, 400 mindən çox insan qonşu ölkə Banqladeşə keçərək yerindən-yurdundan didərgin düşmüşlər.



Әlaqәli Xәbәrlәr