İspaniya Şimali Koreyanın sǝfirini deportasiya edir

İspaniya, arzuolunmaz  şəxs  elan  etdiyi Şimali Koreya Xalq Demokratik Respublikasının Madriddəki səfirini  deportasiya edir.

809695
İspaniya Şimali Koreyanın sǝfirini deportasiya edir

Ölkənin  Xarici işlər naziri Alfonso Dastisin  məlumatına  görə  buna Koreyanın  ballistik raket və nüvə silahları sınaqdan keçirməsi səbəb olub.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına  qatılmaq üçün  New-Yorkda  səfərdən  olan  İpaniya  Xarici  işlər  naziri mövzu  ilə  əlaqəli açıqlamasında: Baş verənlər dünya və beynəlxalq təhlükəsizlik üçün  ciddi  təhlükə  hesab  edilir.  Bu  səbəblə  səfirin  deportasiya  edilməsinə dair qərar qəbul  etdik və  bunu ona  bildirdik”. Pxenyan səfirnin səlahiyyət müddəti sentyabrın 30-da başa çatacaq.

İspan hökuməti Şimali Koreyanın balistik raket sınağı səbəbiylə daha əvvəl də  Madriddəki  bir  diplomatı deportasiya etmişdi.



Әlaqәli Xәbәrlәr