BMT-dən Suu Çiiyə “son fürsət” xəbərdarlığı

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Guterres Myanmanın Nobel mükafatı almış xarici işlər naziri və dövlət müşaviri Aung San Suu Çiinin ölkədəki vəziyyətin normallaşdırılması ilə əlaqədar son fürsətinin olduğunu bildirdi.

808726
BMT-dən Suu Çiiyə “son fürsət” xəbərdarlığı

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Guterres BBC-nin Hard talk proqramına  müsahibə verdi.

Guterres müsahibədə Myanmanın Nobel mükafatı almış xarici işlər naziri və dövlət müşaviri Aung San Suu Çiinin Arakanlı müsəlmanlarla bağlı (Rohingya) təcili tədbirlər görmədiyi halda dəhşətli faciələrin yaşanacağını söylədi.

Baş katib Myanmadakı demokratiya ilə əlaqədar ciddi problemlərin olduğunu, ölkədə ordunun təzyiqinin davam etdiyini qeyd etdi.

Guterres: "Təbii ki ölkənin liderindən vəziyyətə nəzarət etməsini, onu normallaşdırması istiqamətində fəaliyyət göstərməsini gözləyirəm.  Bunu etmək üçün son fürsəti var" dedi.

BMT-nin baş katibi ordunun hücumunun "etnik təmizləmə" xarakteri ala biləcəyi barədə xəbərdarlıq etdi:"Əgər vəziyyət indi düzəldilməzsə, dəhşətli faciə yaşanacaq və təəssüf ki, bunun gələcəkdə necə düzələ biləcəyi ilə bağlı bir fikrim yoxdur" ifadəsini işlətdi.

Xatırladaq ki, Myanma ordusunun silahlı militanlarla mübarizə bəhanəsiylə Arakanda mülki vətəndaşlara etdiyi hücumlarında avqustun 25-dən bu yana minlərlə müsəlman həlak olub. Myanma hökuməti bölgəyə giriş və çıxışa qadağa qoyduğu üçün öldürülən vətəndaş sayı tam olaraq müəyyənləşdirilməyib.

Ordunun hücumları nəticəsində təxminən 200 kənd ordu və buddist millətçilər tərəfindən yandırılıb, və ya  dağıdılıb On minlərlə arakan müsəlmanı hələ də bölgədən qaçmağa çalışır. Myanmadan qaçan vətəndaşlar dağ yolları, Naf çayı, və ya dəniz yolu ilə Bangladeşə keçirlər.

Avqustun 25-dən etibarən Banqladeşə təxminən 400 Arakan müsəlmanı gəlib.



Әlaqәli Xәbәrlәr