146 min arakanlı müsəlman Banqladeşə çatdı

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Myanmanın Arakan əyalətində ordu və buddist millətçilərin hücumlarından qaçaraq Banqladeşə çatan arakanlı müsəlmanların sayının 146 minə çatdığını bəyan etdi.

802476

BMT-nin Banqladeşdəki daimi koordinatoru Robert Watkins “EFE” xəbər agentliyinə açıqlama verərək son sutka ərzində daha 23 min arakanlı müsəlmanın Banqladeşə çatdığını bildirib.

Watkinsin sözlərinə əsasən, Arakanda ordu və buddist millətçilərin hücumlarının başladığı 25 avqustdan bəridir Banqladeşə keçən arakanlı müsəlmanların sayı 146 minə çatıb.

Qeyd edək ki, Myanma ordusunun Arakana hücumları nəticəsində 60-dan çox kənd hədəfə alınıb, onlarla kənd yandırılıb, çoxlu sayda dinc müsəlman qətlə yetirilib. On minlərlə arakanlı müsəlman isə əmin-amanlığı üçün bölgədən qaçmağa cəhd edir.

Hazırda Arakandan qaçan on minlərlə müsəlman Banqladeş sərhədinə toplaşıb.

Myanma hökumətinin beynəlxalq təşkilatların bölgəyə girişinə icazə verməməsi səbəbindən ölənlərin dəqiq sayını müəyyən etmək mümkün deyil.

Әlaqәli Xәbәrlәr