Mey və Tramp telefonda Şimali Koreyadan danışdı

İngiltərə Baş Nazirliyindən verilən yazılı açıqlamada bildirilir...

801767
Mey və Tramp telefonda Şimali Koreyadan danışdı

  İngiltərə Baş naziri Tereza Mey və Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp telefonda Şimali Koreyadan danışdı.

  İngiltərə Baş Nazirliyindən verilən yazılı açıqlamada bildirilir: “Şimali Koreyanın son vaxtlar etdiyi raket sınaqlarının müzakirə olunduğu telefon danışığında T.Mey bu ölkə rejiminin yalnız regional deyil, qlobal sülh və təhlükəsizliyə təhdid meydana gətirdiyini söyləyib… “Beynəlxalq cəmiyyət Şimali Koreyaya məsuliyyətsiz və təhrikedici hərəkətlərini sona çatdırmaq üçün ciddi çağırışlar etməlidir", - deyən T.Mey bu ölkəyə sanksiyalarla bağlı iqtisadi təzyiq tətbiq olunması üçün ABŞ və beynəlxalq tərəfdarların iş birliyinin möhkəmlənməsi lazım olduğunu vurğulayıb. Şimali Koreyaya qarşı yeni tədbirlərlə bağlı monolit və güclü beynəlxalq səs olmağı davam etdirmək lazımdır. İngiltərə Avropa İttifaqı ilə bu mövzuda iş birliyilə çalışacaq… Şimali Koreya probleminin həllində həm də Çinin rolu daha böyük ola bilər."



Әlaqәli Xәbәrlәr