Donald Trump Səudiyyə Ərəbistanı Kralı ilə telefonla görüşdü
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump ilə Səudiyyə Ərəbistanı Kralı Səlman bin Əbdüəziz arasında telefon danışığı oldu.
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump ilə Səudiyyə Ərəbistanı Kralı Səlman bin Əbdüəziz arasında telefon danışığı oldu.
Ağ Ev Trump ilə Kral Salman arasındakı telefon görüşünə dair məlumat verdi.
Məlumatda telefon görüşündə terrorla mübarizə məsələsinin müzakirə olunduğu bildirilərək:"Prezident terrorizmlə mübarizə edərkən birliyi təmin etmək məqsədi ilə Riyad toplantısında qəbul edilən öhdəliklərə uyğun diplomatik həllin əldə olunması məsələsində bütün tərəfləri təşviq etdi"deyilir.
Məlumatda Trump ilə Kral Salmanın İranın bölgəyə təhlükə təşkil etməsi ilə əlaqədar fikir mübadiləsi apardıqları qeyd olunur.
Telefon görüşündə Kral Salmanın Harvey qasırğasında həlak olanlarla bağlı Trumpa başsağlığı verdiyi və qasırğadan zərər çəkən bölgələrdə ortaya qoyulan səylərin iki lider tərəfindən təqdirlə qarşılandığı da qeyd edilir.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.