Əfqanıstanda məscidə hücum təşkil olundu

Əfqanıstanın paytaxtı Kabilin Qala-i Naccara bölgəsində  İmam Zaman məscidinə hücum təşkil olundu.

796996
Əfqanıstanda məscidə hücum təşkil olundu

Əfqanıstanın paytaxtı Kabilin Qala-i Naccara bölgəsində  İmam Zaman məscidinə hücum təşkil olundu.
 
 Ölkənin Səhiyyə Nazirliyi 20 nəfərin həlak olduğu, 40 nəfərin də yaralandığı barədə məlumat verdi.
 
 Təhlükəsizlik əməkdaşları təcavüzkarlardan birinin məscidin girişində üzərindəki bombanı partlatdığını, digər təcavüzkarların məscidin içinə atəş açdıqlarını bildirdilər.
 
Şahidlər təcavüzkarların məsciddəkiləri girov götürdüklərini deyirlər.
  
Cümə namazı zamanı baş verən hücuma görə məsuliyyəti  hələ üzərinə götürən yoxdur.
 



Әlaqәli Xәbәrlәr