Çinin cənubunda  “Xato” qasırğasında ölənlər var

Təbii fəlakət Çinin xüsusi inzibati rayonu Makao, Honkonq, eləcə də Quandun və Futszyan əyalətlərini əhatə edib.

795551
Çinin cənubunda  “Xato” qasırğasında ölənlər var
Cin kasırga-2
Cin kasırga-3

Çinin cənubunda  “Xato” qasırğası 9 nəfərin həyatına son qoyub. Qasırğa zamanı 153 nəfər isə yaralanıb.

Təbii fəlakət Çinin xüsusi inzibati rayonu Makao, Honkonq, eləcə də Quandun və Futszyan əyalətlərini əhatə edib.

Qasırğa ilə əlaqədar 27 minə yaxın insan müvəqqəti sığınacaqlara yerləşdirilib, 664 hektar kənd təsərrüfatı sahələrinə ziyan dəyib. 1  milyon 91 min evə elektirik enerjisi verilə bilmədiyi bildirilib.

Avqustun 19-da Çinin Quansi Cuan Muxtar rayonunda davam edən leysan yağışları 10 nəfərin ölümünə səbəb olub. 192  min nəfərin əmlakına ziyan dəyib, bir sıra yaşayış məntəqələrində avtomobil yolları dağılıb, elektrik enerjisi kəsilib, rabitə əlaqəsi pozulub.


Etiketlәr: #qasırğa , #Xato , #Çin

Әlaqәli Xәbәrlәr