Rusiyada bıçaqlı hücum

Ard-arda törədilən hücumlardan biri də Rusiyada oldu.

793092
Rusiyada bıçaqlı hücum

 Rusiya Təhqiqat Komitəsi Surqut şəhərində bıçaqlı bir şəxsin yoldan keçən vətəndaşlara hücum etdiyi barədə məlumat yaydı.
 
 Məlumatda hücum zamanı 7 nəfərin yaralandığı, təcavüzkarın polis tərəfindən vurularaq zərərsizləşdirildiyi bildirilir.
 
 Hadisədən sonra  bölgədə təhlükəsizlik tədbirləri gücləndirildi.
 
 İstintaqa başlayan polis hadisənin terror hücumu olduğu barədə ehtimalın ilk ağla gələn variant olmadığını bildirdi.
 
Lakin çox keçmədən terror təşkilatı DEAŞ hücuma görə məsuliyyəti üzərinə götürdü.



Әlaqәli Xәbәrlәr