NATO və Avropa ölkələri İspaniyadakı terror hücumuna reaksiya göstərdi

NATO və Avropa ölkələri İspaniyadakı terror hücumuna reaksiya göstərərək xain aktı pislədilər.

792185
NATO və Avropa ölkələri İspaniyadakı terror hücumuna reaksiya göstərdi

Avropa İttifaqı (Aİ) müəssisələri, NATO və Avropa ölkələri İspaniyanın Barselona şəhərini hədəf götürən terror aktına reaksiya göstərdilər.

Aİ Şurasının sədri Donlad Tusk sosial şəbəkə həsabında yer tutan açıqlamasında bütün Avropanın Barselona ilə birlikdə olduğunu bildirərək, “Düşüncələrim qurbanlar və bu xain hücumdan təsirlənən günahsız insanların yanındadır.” deyə yazıb.

Aİ Komisyasının sədri Jean-Claude Juncker də yaydığı bəyanatında Barselonadakı hücumu dərin kədərlə öyrəndiyini bildirib və qeyd edib ki, bu xain hücum ailələri və dostları ilə  gözəl zaman keçirən insanları qərəzli şəkildə hədəf götürdü. Aİ Komissiyası əlindən gələn yardımı etməyə hazırdır.

NATO baş katibi  Jens Stoltenberg sosial şəbəkə hesabında İspaniyadakı xain terror aktını pislədiyini, ölənlərin yaxınlarına başsağlığı və yaralılara təcili şəfa dilədiyini bildirib. Ayrıca terrorla mübarizədə əməkdaşlığın davam edəcəyini vurğulayıb.

İngiltərə, Fransa, Almaniya, Hollandiya, Avstriya və İtaliya da bu xain hücumu pisləyən açıqlamalar yaydılar və terrorla mübarizədə əməkdaşlığa hazır olduqlarını ifadə etdilər.



Әlaqәli Xәbәrlәr