İsrail Fələstinin elektirik enerjisini kəsəcək

İordan çayının Qərb Sahilinin bir sıra bölgələrini elektirik enerjisi ilə təmin edən İsrail Elektirik qurumu (İEC) mövcud borclar ödənilməyəcəyi halda bölgəyə verdiyi elektirik enerjisini kəsəcək.

790874

Bunu Qüds Elektirik şirkətinin (JDECO) baş direktoru Hişam əl-Umeri verdiyi bəyanatda bildirdi.

Umeri İEC-nin bu barədə xəbərdarlıq etdiyini bildirərək, qurumun mövcud borclara görə JDECO-nun imtiyaz sahibi olduğu bölgələrin (Ramallah, Beytullahim, Qüds və Eriha) elektirik enerjisini kəsəcəyini ifadə edib.

Baş direktor qurumun borclarla əlaqəli olaraq Fələstin idarəsilə keçən il imzalanan sazişin əsaslarını yerinə yetirməməkdə təhdid etdiyini, Fələstin idarəsindən həmin saziş çərçivəsində məsuliyyətlərini yerinə yetirməsi və elektirik toruna edilən hücumlarla oğurluq işlərinə son qoyulmasının istəndiyini söyləyib.

Elektirik enerjisi verilməyəcəyi təqdirdə başda dövlətin təhsil və səhiyyə qurumları olmaqla gündəlik həyata mənfi təsirinin olacağı diqqətə çatdırılıb.

Әlaqәli Xәbәrlәr