Donald Trumpı New Yorkda etirazçılar qarşıladılar

Donald Trump ABŞ prezident olduqdan sonra ilk dəfə getdiyi New Yorkdakı evinin yerləşdiyi Trump Tower-in qarşısında etiarzçılarla üzləşdi.

790011
Donald Trumpı New Yorkda etirazçılar qarşıladılar

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump iki günlük proqram çərçivəsində getdiyi  New Yorkda etirazlarla qarşılandı.

Nümayişçilər arasında olan New York Məclisinin sədri Melissa Mark-Viverito Trumpı nəzərdə tutaraq: "Ona New Yorka xoş gəldiniz" demirik" ifadəsini işlətdi.

Trumpın Şimali Koreya mövzusundakı müharibə ifadələrindən və Virginianın Charlottesville şəhərindəki irqçi hücumundan sonra minlərlə New York vətəndaşı şəhərin müxtəlif hissələrində başladıqları etiraz aksiyalarına Trump  Tower-ə doğru gedərək davam etdilər.

Bu arada, ABŞ-ın texnologiya nəhəngi, intel və idman malları istehsal edən "Under Armour" şirkətinin İdarə Heyətinin sədrləri Trumpa məsləhət verən "Amerika Sənaye Şurası"ndan ayrıldıqlarını bəyan etdilər.

"İntel"in icraçı direktoru Brian Krzanich və "Under Armour"un icraçı direktoru Kevin Plank Trumpın iş dünyası ilə fikir mübadiləsi edə bilmək üçün qurduğu "Amerika Sənaye Şurası"ndan çıxan son iş adamları oldular.



Әlaqәli Xәbәrlәr