Yəməndə xolera  epidemiyası  sürətlə yayılır

Sərhədsiz Həkimlər (MSF) təşkilatı, Yəməndə xolera epidemiyasından təsirlənən 82 min adamı və 67 min döyüş yaralısını müalicə edib.

787820
Yəməndə xolera  epidemiyası  sürətlə yayılır

MSF-nin açıqlamasında bildirilib ki, həkimlər son iki il 5 ay ərzində aralarında qadın və uşaqlar da olmaqla 67 min yaralı ilə aprel ayından bəri xolera epidemiyasından təsirlənən 82 min nəfəri müalicə ediblər. Yəməndə 12 vilayətdə 40 xəstəxanada səhiyyə xidməti çatdırıblar. Məlumata görə ölkədə döyüş səbəbiylə səhiyyə sahəsində xeyli problemlərlə qarşılaşılır. Tibbi ləvazimatın kifayətsizliyi səbəbindən milyonlarla insanın yardıma möhtacdır. Beynəlxalq təşkilatların təcili yardımına zərurət var.

Qeyd edək ki, Yəməndə iki ildən bəri davam edən qarşıdurmalar səbəbiylə ev-eşiyini tərk etmik məcburiyyətində qalmış 3 milyon nəfər təmiz içməli su olmaması və tullantıların toplanamamasına görə xolera virusuna yoluxma təhlükəsi ilə qarşı-qarşıla gəlib.

BMT-yə görə Yəməndəki xolera epidemiyası bütün ölkədə yayılıb. Təxminən 2 min nəfər xolera səbəbiylə həyatını itirib.

Uzun müddətdir siyasi qeyri-sabitliyin yaşandığı Yəməndə Husilər və onlara dəstək verən keçmiş prezident Əli Abdullah Saleh dəstəkçiləri ilə Səudiyyə Ərəbistanı liderliyindəki beynəlxalq koalisiyanın dəstəklədiyi hökumət qüvvələri arasındakı qarşıdurmalar, ölkənin bəzi şəhərlərində davam edir.



Әlaqәli Xәbәrlәr