FTB Paul Manafortun evinə basqın edib

ABŞ Federal Təhqiqat Bürosu (FTB), “Rusiya izi” adlı istintaq işi çərçivəsində prezident Donald Trumpun seçki təşviqatının rəhbəri olmuş Paul Manafortun evinə basqın edib. Bu barədə “Vaşinqton Post” məlumat yayıb.

787107
FTB Paul Manafortun evinə basqın edib

Basqının 26 iyulda həyata keçirildiyi bildirilib. Belə ki, səhər saatlarında evə daxil olan FTB əməkdaşları bəzi sənədləri müsadirə edib. Manafortun sözçüsü də olayı təsdiqləyib.

Məlumata görə axtarış əmrinin Rusiyanın 2016 prezident seçkilərinə müdaxilə etdiyinə dair iddiaları araşdıran Xüsusi Səlahiyyətli Prokuror Robert Mueller verib. Manafort daha əvvəl Rusiya ilə əlaqəli başladılan istintaqa töhvə verəcək sənədləri istintaq ilə maraqlanan mövqelərə təqdim edib.



Әlaqәli Xәbәrlәr