İki ölkə arasındakı qarşılıqlı təhdidlər ümumi gərginlik yaradır

Rəsmi Washington və Pyongyang arasındakı qarşılıqlı təhdidlər ümumi gərginlik yaradır.

786299
İki ölkə arasındakı qarşılıqlı təhdidlər ümumi gərginlik yaradır

Rəsmi Washington və Pyongyang arasındakı qarşılıqlı təhdidlər ümumi gərginlik yaradır.

ABŞ prezidenti Donald Trump jurnalistlərə verdiyi açıqlamada Şimali Koreyanı ölkəsini təhdid etməməyə çağırıb.

Trump nüvə təhdidlərini davam etdirəcəyi təqdirdə Şimali Koreyanın atəş və qəzəblə qarşılaşacağını söyləyib.

Rəsmi Pyongyang isə bu təhdidə “əməliyyat planı üçün hazırlaşdığı” şəklində cavab verib.

Rəsmi xəbər agəntliyi “KCNA”ya bəyanat verən ordu sözçüsü ölkəsinin Guamdakı ABŞ-na məxsus baza ətrafında mühasirə məqsədli ballistik raketlərlə atəş edə biləcəyini elan edib.

Qeyd edək ki, Sakit okeanda Şimali Koreyaya 3 min 400 km aralıqdakı Guam adasında Anderson hava bazası yerləşir. Həmin bazadan B-1 bombardman təyyarələri Cənubi Koreya hava məkanındakı uçuşlardan sonra yanacaq maddə doldurmaq üçün istifadə edir.



Әlaqәli Xәbәrlәr