ABŞ hərbi təyyarısi qəzaya uğradı

ABŞ dəniz piyadaları korpusuna məxsus olan MV-22 Osprey konvertoplanı Avstraliya sahillərində qəzaya uğradı.

784496
ABŞ hərbi təyyarısi qəzaya uğradı

ABŞ dəniz piyadaları korpusuna məxsus olan MV-22 Osprey konvertoplanı Avstraliya sahillərində qəzaya uğradı. Konvertoplanın göyərtəsində olan 26 nəfərdən 23-nün xilas edildiyi, 3 nəfərin itkin düşdüyü bildirilir. 

Məlumat Yaponiyanın Okinava adasında yerləşən ABŞ dəniz piyadaları 3-cü ekspedisiya korpusunun saytında yerləşdirilib. Məlumatda deyilir: "ABŞ dəniz piyadaları korpusu Avstraliyanın şərq sahillərində qəzaya uğramış MV-22 konvertoplanında olan hərbiçilərlə əlaqədar axtarış-xilasetmə əməliyyatının aparıldığını təsdiq edir".

Korpus təsdiq edib ki, "Bonhomme Richard" desant gəmisinin göyərtəsindən havaya qalxan və planauyğun əməliyyat keçirən MV-22 suya düşüb.

Avstraliyanın müdafiə naziri Maris Peyn axtarış-xilasetmə əməliyyatı keçirən ABŞ hərbiçilərinə hər cür kömək göstərməyə hazır olduqlarını bildirib.



Әlaqәli Xәbәrlәr