Rex Tillerson istefa xəbərlərini təkzib etdi

Amerika Birləşmiş Ştatlarınin dövlət katibi Rex Tillerson istefa verəcəyi ilə bağlı xəbərləri təkzib etdi.

778372
Rex Tillerson istefa xəbərlərini təkzib etdi

Amerika Birləşmiş Ştatlarınin dövlət katibi Rex Tillerson  rəsmi səfərlə  Washingtona gələn Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani  ilə görüşündən əvvəl mətbuat nümayəndələrinin suallarını cavablandırdı.
 
 "Dövlət katibi vəzivəsində işinizə davam edəcəksinizmi?" sualına Tillerson:"Heç Bir yerə getmirəm. Prezident mənə etimad göstərir, vəzifəmdə qalacağam" cavabını verdi.
 
 Tillerson Trump ilə arasındakı əlaqələrin hazırda yaxşı olduğunu, i istefa xəbərlərinin həqiqəti əks etdirmədiyini vurğuladı.
 
 Srağagünkü mətbuat brifinqində ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert Rex Tillersonun vəzifəsinə davam etdiyini və  daha görəcək çox işlərinin olduğunu bildirmişdi.



Әlaqәli Xәbәrlәr