Merkel Ərdoğandan nümunə götürdü

ABŞ-ın "Washington Post" qəzetinin yaydığı xəbərdə Merkelin seçki kampaniyasını hazırlayarkən Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğandan ilham aldığı yazılır.

778804
Merkel Ərdoğandan nümunə götürdü

  Almaniyada seçki həyəcanı başladı.

Angela Merkel  4-cü dəfə kansler seçilmək üçün kampaniyaya start verdi.
 
 Merkelin seçki kampaniyasını təşkil edən reklam agentliyinin rəhbəri Thomas Strerath Merkelin seçkilərdə dəfələrlə qələbə qazanan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə siyasət aləmindən uzaq olaraq seçkilərə qatılan və nəticədə prezident kürsüsündə oturan Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Trumpı diqqətlə izlədiyini və bu liderləri nümunə götürdüyünü bildirir.
 
ABŞ-ın "Washington Post" qəzetinin yaydığı xəbərdə Merkelin seçki kampaniyasını hazırlayarkən Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğandan ilham aldığı yazılır.
 
Qaçqınların qəbulu ilə bağlı  ciddi tənqidlərə məruz qalan  Merkel seçki kampaniyasını vətən və bayraq kimi milli dəyərlər üzərində qurdu.

 Merkelin seçki afişalarında da Almaniya bayrağının rənglərindən istifadə olundu.



Әlaqәli Xәbәrlәr