İttifaq Polşaya qərarını dəyişmək üçün bir ay vaxt verdi

Polşa ali məhkəmə ilə əlaqədar yeni qanunları təsdiqləyərsə, Avropa İttifaqı onu Şuradakı səsvermə hüququndan məhrum edəcəyini bildirib.

778301
İttifaq Polşaya qərarını dəyişmək üçün bir ay vaxt verdi

  Avropa İttifaqının Komissiyasından verilən yazılı məlumatda deyilir: “Polşada planlaşdırılan məhkəmə islahatıyla bağlı təklif məktubu göndərilib. Polşanın buna cavab vermə müddəti bir aydır… Məsələ ABŞ-da da ciddi narahatlıq yaradıb... Təklif olunan yeni məhkəmə islahatı Polşada hüquq üstünlüyünü təhdid edir. Polşanı bu problemi bir ay içində həll etməyə çağırırıq. Bu müddət ərzində İttifaq Polşa hökumətinin, xüsusilə, ali məhkəmə hakimlərinin vəzifədən götürülməsi və ya məcburi təqaüdə göndərilməsi kimi işlərini qəbul etməyəcək. Bu mövzuda təkbaşına hər hansı bir addım atılarsa, Avropa İttifaqı Komissiyası 7-ci maddəsini əsas götürərək Polşanın İttifaqdakı səsvermə hüququnu əlindən alacaq və Polşaya qarşı hüquq pozuntusu iddiası açacaq.”

  Qeyd edək ki, 1997-ci ildə Avropa İttifaqının qəbul etdiyi 7-ci maddənin tətbiq olunması üçün o ölkədən başqa, digər İttifaq ölkələrinin səs birliyi lazımdır.



Әlaqәli Xәbәrlәr