İngiltərə benzin və dizellə işləyən bütün maşınlara qadağaya hazırlaşır

Dizel yanacaqlarının ixtisarı üçün hökumət 225 milyon funt ayırır.

778317
İngiltərə benzin və dizellə işləyən bütün maşınlara qadağaya hazırlaşır

  İngiltərədə benzin və dizel yanacağı ilə işləyən bütün yeni maşınların satışına 2040-cı ildən yasaq qoyulması planlaşdırılır.

  “Times” qəzetinin xəbərinə görə, İngiltərənin paytaxtı Londonun Bələdiyyə sədri Sadiq Xan köhnə dizel avtomobillərini yeni ətraf mühit dostu olan maşınlarla dəyişdirmələri üçün vətəndaşlara 3500 funt (pound) ödənilməsi tapşırığını verib və bu işin “hökumətin havanın yaxşılaşdırma strategiyasının bir parçası olduğu"nu söyləyib.  

  Dizel yanacaqlarının ixtisarı üçün hökumət 225 milyon funt ayılır.

  İngiltərə Nazirlər Kabinetindən verilən açıqlamada deyilir: "Keyfiyyətsiz hava İngiltərə xalqının sağlamlığı üçün ən böyük ekoloji riskdir. Hökumət ən qısa müddətdə qəti addımlar atmaqda qərarlıdır."

  Rəsmi rəqəmlərə görə, İngiltərədə hava çirkliliyi ildə təxminən 50 min erkən ölümə yol açır, nəticələri isə hər il büdcəyə 25,5 milyard funta başa gəlir.



Әlaqәli Xәbәrlәr