"Bu üz çevirmə nə Almaniya, nə də Avropanın xeyrinədir", U.Demmer

Almaniya Hökumət sözçüsü müavini Urlika Demmer Türkiyənin Avropa İttifaqı komissiyasında namizəd ölkə olaraq qalacağını, Türkiyə ilə daim dialoqda olacaqlarını söyləyərək deyib...

776780
"Bu üz çevirmə nə Almaniya, nə də Avropanın xeyrinədir", U.Demmer

  Almaniya İqtisadiyyat Nazirliyinin sözçüsü Tanca Alemani (Tanja Alemany) paytaxt Berlində təşkil edilən mətbuat konfransında Gömrük Birliyi məsələsiylə bağlı avropalı partnyorlarla ortaq danışıqlar aparıldığını bildirib.

  Mətbuat konfransında iştirak edən Almaniya Hökumət sözçüsü müavini Urlika Demmer (Ulrike Demmer) də Türkiyənin Avropa İttifaqı komissiyasında namizəd ölkə olaraq qalacağını, Türkiyə ilə daim dialoqda olacaqlarını söyləyərək deyib: “Türkiyə mühüm partnyordur və elə də qalacaq. NATO üzvüdür. Türkiyənin Avropadan və Avropanın Türkiyədən tamamilə üz çevirməsi nə Almaniyanın, nə də Avropanın xeyrinədir”.



Әlaqәli Xәbәrlәr